Smotriç: "Qəzzada döyüşlərə qayıtmaq lazımdır"

      Smotriç:    "Qəzzada döyüşlərə qayıtmaq lazımdır"
  21 Fevral 2025    Oxunub:436
İsrailin ifrat sağçı qanada mənsub maliyyə naziri Betsalel Smotriç Tel-Əviv şəhəri yaxınlığında avtomobil parkinqinin anbarında üç boş avtobusun partladılması fonunda Qəzza zolağı və İordan çayının qərb sahilində "dərhal döyüşlərə qayıtmağa" çağırıb.
Nazir bu barədə özünün "X" hesabında yazıb. O diqqətə çatdırıb ki, Qəzzada atəşkəs sazişi çərçivəsində aparılan əsir mübadiləsi "terrorçuların kütləvi surətdə azadlığa çıxmaları" ilə nəticələnir.

"Atəşkəs düşmənlərimiz tərəfindən zəiflik kimi qiymətləndirilir. Onlara qarşı cavabımız dərhal döyüşlərə qayıtmaq, HƏMAS terrorçularını sistematik şəkildə aradan qaldırmaq olmalıdır", - Smotriç bildirib.
İsrail HƏMAS-ın Livan üzrə rəhbərini zərərsizləşdirib

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS təşkilatı arasında üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə saziş qüvvəyə minib. Danışıqlar aparıldığı dövrdə maliyyə naziri Betsalel Smotriçlə yanaşı bir sıra digər hökumət nümayəndəsi, o cümlədən sabiq milli təhlükəsizlik naziri İtamar Ben-Qvir belə bir razılaşmanı "təslim olmağa bərabər addım" kimi dəyərləndirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   Qəzza   münaqişə  





Xəbər lenti