İraqın yeni prezidenti kürd oldu

İraqın yeni prezidenti kürd oldu
  24 İyul 2014    Oxunub:1043
Parlament seçkilərinin yekun nəticələrinə görə, İraqın yeni prezidenti Fuad Masum olub. 76 yaşlı siyasətçi kürd əsillidir.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Masum, əvvəlki prezident Cəlal Tələbaninin Kürdüstan Vətənpərvərləri Birliyi Partiyasının əsasını qoyanlardandır. O, həm də sünnü və şiə siyasətçilər arasında vasitəçi, onları barışdırmağa çalışan biri kimi tanınır.

Qeyd edək ki, şiə məzhəbli Nuri əl-Malikinin müvəqqəti hökumət seçkilərindən bu yana ölkəni daha çox səlahiyyətlərlə idarə etməsi həm sünni, həm də kürd əsilli qrupların narazılığına səbəb olmuşdu.

Səbinə
AzVision.az






Teqlər:  





Xəbər lenti