Avropa da Ukraynada qazanc axtarır

   Avropa da Ukraynada qazanc axtarır
  25 Fevral 2025    Oxunub:334
Avropa İttifaqı (Aİ) Ukraynaya “kritik materiallar”, yəni təbii sərvətlər üzrə müqavilə bağlamağı təklif edib.
AzVision.az xəbər verir ki, Avropa Komissiyasının (AK) sənaye strategiyası üzrə komissarı Stefan Sejurne “Frans Press Agentliyinə (AFP)” müsahibəsində Aİ-nin heç vaxt tərəflərdən heç biri üçün faydalı olmayacaq bir razılaşma tələb etməyəcəyini deyib.

“Avropanın ehtiyac duyduğu 30 vacib materialdan 21-i qarşılıqlı faydalı tərəfdaşlığın bir hissəsi kimi Ukrayna tərəfindən təmin edilə bilər”, - Sejurne vurğulayıb.

Bu təklifi o, Kiyevə səfəri zamanı Ukrayna rəsmilərinə çatdırıb. Onun sözlərinə görə, Aİ heç vaxt tərəflərdən heç biri üçün zərərli olacaq razılaşmada israr etməyəcək.

Aİ-nin mövqeyini təsdiqləyən Avropa Şurasının rəhbəri Antonio Koşta isə “Suspilne” nəşrinə müsahibəsində son üç ildə Aİ-nin Ukraynanı dəstəkləməkdə böyük donor olduğuna diqqət çəkib.

- Biz bunu Ukrayna, ukraynalılar, həmçinin Avropanın təhlükəsizliyi üçün edirik və Ukraynadakı təbii sərvətlərin heç birini geri almırıq”, - Koşta deyib.

Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Qeyd edək ki, dünən Ukraynanın baş nazirinin müavini Olqa Stefanişina Kiyevlə Vaşinqtonun faydalı qazıntılar üzrə sazişlə bağlı danışıqların son mərhələsində olduqlarını açıqlayıb.

Ukraynanı Rusiya ilə qanlı müharibəyə sürükləyənlərin və son ukraynalıya qədər Kiyevə hərbi dəstək vəd edənlərin indi Ukraynanın yeraltı sərvətləri uğrunda mübarizəyə girişməsi kollektiv Qərbin əvvəlcədən belə planlar cızdığına heç bir şübhə yeri qoymur.

Yeri gəlmişkən, fransalı Stefan Sejurnenin məhz Makronun Vaşinqtondan əliboş qayıtmasından sonra Ukraynanın təbii sərvətləri barədə iddia səsləndirməsi heç də təsadüfə bənzəmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ukrayna   minerallar  





Xəbər lenti