Tayvan Çin gəmisini saxlayıb - VİDEO

Tayvan Çin gəmisini saxlayıb  - VİDEO
  25 Fevral 2025    Oxunub:315
Tayvan sualtı kabeli qırdığı üçün Çinin ticarət gəmisini saxlayıb.
AzVision.az xarici medianın yaydığı məlumata istinadən xəbər verir ki, Tayvanın sahil mühafizəsi Çin yaxınlığında yerləşən, Tayvan və Kinmen adası arasında sualtı telekommunikasiya kabelini məhv edərkən yaxalanan Çinin “Hong Tai” gəmisini saxlayıb.

Gəminin Çin vətəndaşlarından ibarət olan bütün komandası həbs edilərək Tayvana aparılıb. Məlumatlara görə, rəsmi Taypey hadisəni Pekinin təxribatı kimi qiymətləndirə bilər.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   Tayvan   gəmi  





Xəbər lenti