![]() |
Vardanyanın 2 pasportu və tapançasını oğurladılar |
Baqdasaryan özü isə hadisə ilə bağlı şərh verməkdən imtina edib. Bununla belə, nəşrin məlumatına görə, o, yaxınlarına bahalı zinət əşyaları, saatlarının oğurlandığını deyib.
"İlkin məlumatlara görə, oğrular ona 50 min dollar məbləğində ziyan vurublar. Amma bu, təxmini hesablamadır", - müəllif qeyd edib.
Xatırladaq ki, bundan öncə, sosial şəbəkələrdə Ermənistan baş nazirinin mətbuat katibinin İrəvandakı mənzilinin qarət edilməsi barədə məlumat yayılmışdı. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayətdə əli olduğu iddia edilən qrupun üzvlərini taparaq saxladıqlarını bəyan ediblər.
Ötən il dekabrın sonunda Paşinyanın qaynı, deputat Qraçya Akopyanın da malikanəsi qarət edilmişdi. Həmin vaxt Akopyanın mənzilindən pul, qızıl-zinət əşyaları və saatlar oğurlanmışdı. Ümumi ziyan təxminən 20 min dollar təşkil edib.
Tural Tağıyev
AzVision.az