İŞİD peyğəmbərin məscidin dağıtdı

İŞİD peyğəmbərin məscidin dağıtdı
  25 İyul 2014    Oxunub:945
İŞİD yaraqlıları İraqın şimalında yerləşən Mosul şəhərində Yusif peyğəmbərin məscidini dağıdıb.
Bu barədə AzVision.az “Əs Sumariya” telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, İŞİD yaraqlıları insanları məsciddən zorla çıxardıb və daha sonra məscidi partladıblar. Partlayış nəticəsində məscid və peygəmbərin dəfn olunduğu iddia edildiyi məqbərə dağıdılıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti