Gəncədə bənzəri olmayan filarmoniya - FOTOLAR

Gəncədə bənzəri olmayan filarmoniya - FOTOLAR
  22 Aprel 2013    Oxunub:4386
Hazırda filarmoniyanın tikintisi sürətlə davam etdirilir
Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, yeni inşa olunan filarmoniya 3000 nəfər tamaşaçı tutumlu olacaq. Gəncə şəhərinin baş memarı Əli Rüstəmlinin sözlərinə görə, yeddi mərtəbədən ibarət olacaq filarmoniya binasının 4 zalı olacaq. Müasir və böyüklüyü ilə seçiləcək filarmoniyanın ikimərtəbəli avtomobil dayanacağı, lüks lifti olacaq. Bundan başqa binanın fasadında tanınmış şəxslərin heykəlləri yerləşdiriləcək.

Ə.Rüstəmli qeyd edib ki, inşa olunan mədəniyyət ocağı Bakıdakı Müslüm Maqomayev adına Dövlət Filarmoniyasından ölçüsünə və üslubuna görə seçiləcək. Hazırda 3 mərtəbəsi tikilən binanın gələn il istifadəyə veriməsi nəzərdə tutulub.

Qalereya




Teqlər:  





Xəbər lenti