Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub

Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub
  01 Mart 2025    Oxunub:320
Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatına layiq görülüb.
AzVision.az MOK-un mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, “Şöhrət" və “Şərəf” ordenli Ağacan Əbiyev bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb.


Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim olunub.

AzVision.az



Teqlər: Əbiyev  





Xəbər lenti