Küləyin saatda 33 min kilometr sürətlə əsdiyi nəhəng planet aşkarlanıb

Küləyin saatda 33 min kilometr sürətlə əsdiyi nəhəng planet aşkarlanıb
  01 Mart 2025    Oxunub:320
Bu planetdə əsən küləyin daxilindəki temperatur bir neçə saat ərzində yüzlərlə dərəcə dəyişir.
AzVision.az xəbər verir ki, Avropa Cənub Rəsədxanasının (ESO) mütəxəssisləri küləklərin 33 min km/saat sürətlə əsdiyi “WASP-127b” nəhəng qaz ekzoplanetini kəşf ediblər.

“Alimlər “WASP-127b” planetinin müşahidəsi üçün Çilidəki böyük teleskopdan istifadə ediblər. Planet Yupiterdən bir qədər böyükdür, Yerdən 500 işıq ilindən çox uzaqdadır və məlum olan ən az sıxlığa malik planetlərdən biridir. Tədqiqatda su və dəm qazından ibarət küləklərin planetin ekvatoru boyunca saniyədə təxminən 9 km sürətlə hərəkət etdiyi bildirilir”, - “Astronomy & Astrophysics” jurnalında dərc olunan materialda deyilir.

Müqayisə üçün qeyd edək ki, Günəş sisteminə daxil olan Neptun planetində müşahidə edilən küləklərin sürəti bu sistemdə indiyədək qədər qeydə alınan ən sürətli küləklər kimi cəmi 0,5 km/s-ə (1800 km/saat) çatır.

Bu küləyin içindəki temperatur hava planetin daima ulduzu ilə üzbəüz olan isti tərəfindən daim qaranlıq olan soyuq tərəfinə keçdikcə bir neçə saat ərzində yüzlərlə dərəcə dəyişir. “WASP-127b” planetində qeydə alınan küləyin daxilindəki temperatur bir neçə saat ərzində yüz dərəcələrlə dəyişir. Bu, havanın planetin daimi ulduzu ilə üzbəüz olan isti tərəfindən daim qaranlıq olan soyuq tərəfinə keçməsi ilə bağlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: planet   küləklər  





Xəbər lenti