ABŞ Ukraynanın və Zelenskinin taleyini həll edəcək

“Bazar ertəsi Tramp Dövlət katibi Marko Rubio və Müdafiə naziri Pit Heqset də daxil olmaqla milli təhlükəsizlik üzrə yüksək səviyyəli köməkçiləri ilə görüşərək Ukrayna ilə bağlı bir sıra strategiyaları nəzərdən keçirəcək və ola bilsin ki, tədbirlər görəcək”, – nəşr Tramp administrasiyasının rəsmisindən sitat gətirib.
Avropalı məmura istinad edən “Blooçberg” nəşri isə, öz növbəsində bildirir ki, ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri müharibəni dayandırmaq üçün gələcək razılaşmaya prezident Volodimir Zelenskinin istefası ilə bağlı bənd salınmasını təklif edirlər.
Nəşrin iddiasına görə, Tramp “daha az radikal yanaşma” sərgiləyir. Qeyd edək ki, martın 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Zelenski özünə gəlib sülh danışıqlarına başlamasa, Ukraynaya başqa siyasətçi rəhbərlik etməlidir.
Sahil İsgəndərov
AzVision.az