Avropa Vaşinqtondan narazıdır

“Amerikanın yeni administrasiyası ilə birlikdə biz Ukraynaya dəstək üçün qətnamə layihəsi hazırlamışdıq. Ancaq onların ruslarla görüşündən sonra nəsə dəyişdi və davranışları fərqli oldu”, -avropalı məmur gileylənib.
Kaya Kallasın incikliyinin əsas səbəblərindən biri də ABŞ-nin Dövlət katibi Marko Rubionun fevralın 26-da Vaşinqtonda onunla görüşməkdən imtina etməsi olub. Bu görüş əvvəlcədən planlaşdırılsa da son məqamda Rubio iş qrafikinin çox sıx olduğunu bəhanə gətirərək bundan imtina edib. Beləkilə də, ABŞ növbəti dəfə Aİ ilə münasibətlərin əvvəlki səviyyəsindən uzaqlaşmaq istədiyini göstərib.
Maraqlıdır ki, ondan bir gün əvvəl, fevralın 25-də Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda Avropa ölkələrinin iştirakının vacibliyini vurğulamışdı.
Sahil İsgəndərov
AzVision.az