“Burda müəllimin də günahı var” - VİDEO

“Burda müəllimin də günahı var” - VİDEO
  22 Aprel 2013    Oxunub:1844
Məsələ üzrə 226 saylı məktəbdə araşdırma aparılır.
“Biz artıq məktəblə əlaqə saxlamışıq. Məlumatımız var ki, YouTube portalında yerləşdirilən həmin video 2 il bundan əvvəl son zəng ərəfəsində çəkilib. Yəni, o uşaqlar artıq məktəbi bitiriblər. Son zənglə bağlı müəllimin təklifi olub ki, akt zalında hazırlaşsınlar. Ancaq uşaqlar razılaşmayıb və sinifdə hazırlaşmaq istəyiblər. Bu videoda elə o sinfin uşaqlarından biri tərəfindən çəkilib. Niyə görəsə 2 il bundan əvvəl çəkilən video indi üzə çıxarılır”.

Bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə ƏliqızıYouTube videoportalında yerləşdirilən Bakı şəhər Suraxanı rayonu 226 saylı məktəbin şagirdlərinin müəllimlərinə qarşı etdikləri hörmətsizliyin çəkildiyi kadrlar barədə danışarkən deyib.

Z. Əliqızının sözlərinə görə, artıq təhsil idarəsinin əməkdaşımı 226 saylı məktəbdədir və məsələ araşdırılır: “Müəllimlə də bağlı araşdırma aparılacaq. Çünki burda müəllimə qarşı böyük hörmətsizlik edilib. Araşdırmanın da nəticəsində də qərar veriləcək. Bu barədə mətbuata hökmən əlavə məlumat veriləcək”.

O bildirir ki, belə bir şəraitin yaradılmasında müəllimin də müəyyən qədər günahı var.



Sevinc Fədai


Teqlər:  





Xəbər lenti