Gələn ay Əbu-Dabi Mədəniyyət Sammiti keçiriləcək

Gələn ay Əbu-Dabi Mədəniyyət Sammiti keçiriləcək
  05 Mart 2025    Oxunub:526
Aprelin 27-dən 29-dək Əbu-Dabi Mədəniyyət Sammiti – 7-ci qlobal forumu keçiriləcək.
“Bəşəriyyət üçün mədəniyyət” mövzusuna həsr olunacaq tədbir çərçivəsində panel müzakirələr, yaradıcı söhbətlər, təcrübə mübadilələri, incəsənət mövzusunda dialoqlar və seminarlar keçiriləcək.

Sammit çərçivəsində müzakirələrdə rəqəmsal inqilab, iqtisadi qeyri-bərabərlik və geosiyasi dəyişikliklər fonunda mədəni mənzərənin yenidən formalaşdırılması məsələləri əsas diqqət mərkəzində olacaq. Eləcə də bu dəyişikliklərin mədəni istehsala, onun qavranılmasına və istehlakına təsirini araşdıracaq və bəşəriyyətin qeyri-müəyyənlikdən ümidverici bir gələcəyə istiqamətləndirilməsində yaradıcı sektorun rolu müzakirə ediləcək.

Həmçinin, panel iclaslarında “post-insan mühitinin yeni sərhədləri”, “mədəniyyətin sürətlə inkişaf edən texnologiyalarla uyğunlaşması və insan təcrübəsinə təsir etməsi” mövzuları ətrafında danışılacaq. Forum mədəniyyət və yaradıcılıq sənayesi liderlərini bir araya gətirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti