Lukaşenko Putin, Tramp və Zelenskini Minskə dəvət etdi

   Lukaşenko Putin, Tramp və Zelenskini Minskə dəvət etdi
  05 Mart 2025    Oxunub:501
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və ABŞ liderlərini, həmçinin Vladimir Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət edib.
"Razılığa gəlmək lazımdır. İstəyirsinizsə, gəlin, yaxınlıqdayıq... Təyyarə ilə yarım saatlıq yoldur. Gəlin və sakit şəkildə oturub qışqırmadan danışıb razılaşacağıq. Ona görə də Trampa çatdırın ki, mən onu da burada Putin və Zelenski ilə gözləyirəm. Bir daha deyirəm, biz masa arxasında oturub razılığa gələ bilərik. Əlbəttə əgər siz də razılıq əldə etmək istəyirsinizsə...", - Belarus lideri amerikalı bloger Mario Naufaluya müsahibəsində deyib.

Keir, Zelenski və Makron gələn həftə ABŞ-yə qayıdacaqlar - "Daily Mail"
Eyni zamanda, Lukaşenko müahibəsində onu da vurğulayıb ki, Minsk mübahisəyə qarışmaq və ya Rusiya ilə Qərb arasında vasitəçi rolunu öz üzərinə götürmək istəmir.

Xatırladaq ki, bir neçə gün öncə Vaşinqtonda olan Zelenski ilə Tramp arasında siyasi və diplomatik qalmaqallar yaşandı.

Bundan sonra Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzaladı. Ağ ev-in əmrlə bağlı bəyanatında deyilir ki, "prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Putin   Zelenski   Tramp  





Xəbər lenti