Laszlo Toth yubileyini Bakıda qeyd edib

Qonaqlar arasında müxtəlif ölkələrin milli cüdo federasiyalarının rəhbərləri, Macarıstanın Azərbaycandakı səfiri və xanımı, Cüdo Veteranları Assosiasiyasının prezidenti, tanınmış idmançılar və biznes elitasının nümayəndələri olub.
65 illik yubileyin keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyildi: Laszlo Totun həyat yoldaşı Afaq Tot-Tapdıqova azərbaycanlıdır və əvvəllər mədəniyyət sahəsində çalışıb. Onun vətəni ilə bağlılığı bayramın Bakıda keçirilməsində mühüm amil oldu.
Laslo Totun yubileyi təkcə cüdo ictimaiyyətində mühüm hadisə deyil, həm də dünyanın müxtəlif yerlərindən olan insanları birləşdirən əsl sosial hadisəyə çevrildi.
AzVision.az