Politico: “Tramp Aİ-ni dağıtmaq istəyir”

      Politico:    “Tramp Aİ-ni dağıtmaq istəyir”
  06 Mart 2025    Oxunub:432
ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqının (Aİ) yenidən qurulması, ümumavropa institutlarının təsirinin azaldılması və milli hökumətlərin rolunun gücləndirilməsi ideyasını fəal şəkildə təbliğ edir.
AzVision.az xəbər verir ki, məndələrə istinad edən “Poltico” qəzeti belə məlumat yayıb.

"ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Münhen Təhlükəsizlik konfransındakı çıxışı Vaşinqtonun hazırkı Aİ-ni zəiflətmək, daha çox Vaşinqtonun maraqlarına yönəlmiş və mühafizəkar fikirlərə sadiq qalan yeni birlik yaratmaq istəyini açıq şəkildə göstərir”, - Luvendəki Kaliforniya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru və ABŞ-Avropa münasibətləri üzrə ekspert Tanq Struye de Sviland iddia edib.

Bloomberg: “Transatlantika alyansı Münhendə öldü”
“Politico” nəşri bildirir ki, bəzi avropalı analitiklər Vaşinqtonun hərəkətlərini populist və millətçi qüvvələrə dəstək strategiyası kimi qiymətləndirirlər. Onların fikrincə, Ağ Ev Aİ-ni hər bir ölkənin ABŞ-dən daha çox asılı olacağı konfederasiyaya çevirmək niyyətindədir.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Münhen Təhlükəsizlik konfransında Avroa liderlərini sərt şəkildə tənqid etməsindən sonra “Bloomberg” agetnliyi Transatlantika alyansının öldüynünü yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp     parçalanma  





Xəbər lenti