`Putinə qarşı sanksiyalar tətbiq olunmalıdır`

`Putinə qarşı sanksiyalar tətbiq olunmalıdır`
  25 İyul 2014    Oxunub:1030
Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın prezidenti Vladimir Putinin yaxın ətrafında olan şəxslərə qarşı sankisyaların tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Bu barədə AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir.

“Biz yaşadığı yerdən asılı olmayaraq Vladimir Putinə yaxın olan insanlara qarşı sərt sanksiyalar tətbiq etməliyik. Avropa İttifaqına üzv ölkələrdən bəziləri buna qarşıdır. Lakin bu Böyük Britaniya deyil” – deyə, Kemeron bildirib.

Baş nazir hesab edir ki, sanksiyalar Rusiya lideri və onun Ukraynadakı siyasətini dəstəkləyən insanlara qarşı tətbiq edilməlidir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti