Mask bir gündə 29 milyard dollar itirdi - FOTO

   Mask bir gündə 29 milyard dollar itirdi    - FOTO
  11 Mart 2025    Oxunub:817
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, məşhur amerikalı biznesmen İlon Mask "Tesla" səhmlərinin 15,4% ucuzlaşmasından sonra bir gündə 29 milyard dollar itirib.
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir. Nəşr Milyarderlər İndeksinin (BBI) məlumatlarına istinad edib.

Mask super milyarderlər reytinqinə başçılıq edir: 420 milyardı var
Martın 11-də keçirilən aksiyadan sonra elektrikli avtomobil istehsalçısı "Tesla"nın səhmləri 15,43% ucuzlaşaraq 222,15 dollara düşüb. Üstəlik, ilin əvvəlindən səhmlər də artıq 1,8 dəfə ucuzlaşıb: "Nəticədə Maskın sərvəti bir gündə 29 milyard dollar azalaraq 301 milyard dollara düşüb. Reytinqlərə əsaslansaq, ilin əvvəlindən milyarder artıq sərvətinin 30,5%-ni və ya 132 milyard dollarını itirib".

Eyni zamanda, sahibkar dünyanın ən zəngin adamları arasında liderliyini qoruyub saxlayır. Maskın xalis sərvəti keçən ilin dekabrında zirvəyə çatmışdı. O zaman biznesmenin 486 milyard dolları var idi.

Xatırladaq ki, İlon Mask ötən ay "Altrata" analitik şirkətinin tərtib etdiyi super milyarderlər reytinqində birinci yerdə qərarlaşmışdı. Onun sərvəti 419,4 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yerdə "Amazon"un rəhbəri Cef Bezos qərarlaşıb. Onun 263,8 milyard varidatı var. İlk üçlüyü LVMH-nin sahibi Bernard Arno tamamlayır. Onun sərvəti 238,9 milyard dollardır.

Bundan başqa, 4-cü pillədə "Oracle"ni idarə edən və 237 milyardı olan Lorens Ellison dayanıb. Beşinci "Meta"nın sahibi Mark Zukerberqdir. Markın 220,8 milyar dolları var.

24 super milyarderin ümumi sərvəti isə təxminən 3,3 trilyon dollardır ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə olunur. Maraqlıdır ki, 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçilər sayılırdılar. Halbuki indiki super-milyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sektorunda qazanırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Mask   Tesla   Səhm  





Xəbər lenti