Maskın şirkəti telepatiya ilə məşğul olacaq

   Maskın şirkəti telepatiya ilə məşğul olacaq
  11 Mart 2025    Oxunub:559
Amerikalı milyarder İlon Maska məxsus olan “Neuralink” şirkəti telepatiya və telekinezlə bağlı ticarət nişanlarını patentləşdirib.

AzVision.az xəbər verir ki, “Forbes” jurnalı “Telepathy” və “Telekinesis” (telepatiya və telekinezi) ticarət nişanlarının qeydiyyatı üçün patentin martın 3-də ABŞ-nin Patent və Ticarət Nişanları İdarəsinin (USPTO) məlumat bazasında peyda olduğuna diqqət çəkib. Jurnalistlərin yazdığına görə, İlon Maskın şirkəti öz fəaliyyətində bu sahələri inkişaf etdirəcəklərinə açıq-aşkar eyham vurub.

“Amerika qanunlarına görə, şirkət sadəcə özünə heç bir ticarət nişanı təyin edə bilməz - ondan istifadə etmək üçün “xoş niyyətli” olmalıdır. Yeri gəlmişkən, 2024-cü ilin avqustunda podkaster Leks Fridmanla söhbətində Mask “Neuralink”in müəyyən “telepatik” cihazının iflic olmuş insanlara kömək edəcəyini bildirib”, - jurnal yazır.

Ticarət markası üzrə hüquqşünas Coş Qerben, belə bir məhsulun əsl cihaza çevrilməsi üçün Maskın şirkətinin məxfilik, təhlükəsizlik və etik problemlərlə üzləşməli olacağını söyləyib. Belə ki, “telepatik” implantı olan bir istifadəçinin digərinin fikirlərini oxuya bilib-bilməyəcəyi və onların iki implant arasında necə ötürüləcəyi məlum deyil.

Bununla belə, İlon Maska məxsus “Neuralink” startapı yanvar ayında çiplənmiş xəstənin ağlının gücü ilə robotun qolunu necə idarə etdiyini göstərib. “Neuralink” yazının müəllifinin kimliyini açıqlamasa da, onun şirkət tərəfindən çiplənmiş üç nəfərdən biri olduğuna eyham vurub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   “Neuralink”   telepatiya  





Xəbər lenti