Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ və Qərbin sanksiyalarına cavab olaraq rəsmi Moskvanı Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) tanımağa çağırıb.
Axar.az xəbər verir ki, Rusiya televiziyasında canlı yayımda verilişə qatılan Jirinovski Türkiyə və İran əlaqələrinə əhəmiyyət verilməsinin lazım olduğunu bildirib: “İran ilə ticarət əlaqələrini artırmaq lazımdır. Türkiyə ilə əlaqələri də inkişaf etdirməliyik. Belə bir tanınmayan dövlət var - Şimali Kipr Türk Respublikası. Gəlin, tanıyaq onu. Bu vəziyyətdə türklər inanılmaz dərəcədə bizdən razı qalacaq. Baxın, Ərdoğan Obama ilə artıq danışa bilmir. Obama təyyarənin düşməsi ilə bağlı bizi də günahlandırır. Əgər Şimali Kipri tanısaq, bunun sayəsində Türkiyə ilə əlaqələrimiz daha da yaxşı olar”.