![]() |
Saakaşvili daha 9 il həbs cəzası aldı |
Siyasətçi özü isə gözlənilməz qərara sosial şəbəkə hesabında reaksiya verib. O, Tbilisi şəhər məhkəməsinin 9 illik hökmünü sürpriz adlandırıb. Saakaşvili qeyd edib ki, bu qərar onun üçün praktiki olaraq ömürlük cəza oldu.
“Oliqarxın hökmü sürpriz oldu, hə? Prezident administrasiyasının rəsmi xərclərinə görə məni praktiki olaraq ömürlük həbs etdilər... Bizi qorxutmaq mümkün deyil! Gücümüz birliyimizdədir!" – Saakaşvili yazıb.
Xatırladaq ki, bu gün Gürcüstan məhkəməsi sabiq prezident Mixeil Saakaşvilini 3,2 milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham edərək ona 9 il həbs cəzası kəsib.
Tbilisi şəhər məhkəməsinin hakimi Badri Koçlamazaşvilinin açıqladığı qərara əsasən, Mixeil Saakaşvilinin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teymuraz Canaşiya da təqsirli bilinib.
Tural Tağıyev
AzVision.az