Ukraynanın Xarici İşlər nazirliyinin sözçüsü Georgiy Tixiy, öz növbəsində, bildirib ki, Ciddə danışıqları diplomatiya sənəti, strateji düşüncə, qeyri-standart həll yollarının axtarışı, çeviklik və qətiyyətin səriştəli balansı və hədəfə çatmaq üçün taktiki addımlar atmaq bacarığı baxımından iştirak etməli olduğu danışıqlardan ən maraqlılarından biridir. Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin nümayəndə heyətinin hərəkətlərini uzaqdan idarə edib.
“Bütün bunları dünən Ukrayna nümayəndə heyəti və hər şeydən əvvəl onun hərəkətlərini uzaqdan idarə edən Ukrayna prezidenti nümayiş etdirdi. Təbii ki, bütün təfərrüatlar yalnız uzun illərdən sonra üzə çıxa bilər”, - Tixiy deyib.
![]() |
Trampın yeni sülh planında nə var? - "Politico"nun versiyası |
- Tarixçilər, tarixi qərarların qəbul edilməsində insanın tükənməsi rolunu lazımi səviyyədə qiymətləndirmirlər. Məhz son oyunun son saatlarında, yorğunluğun artıq özünü hiss etdirdiyi bir vaxtda qəfildən dalandan çıxış yolu və hətta çətin güzəştlər mümkün olur. Bir sözlə, iradəyə və xarakterə söykənərək son bir kilometr yarımı da gedə, həm də emosiyaları idarə edə bilən adam dağı fəth edir”, - Gergi Tixiy vurğulayıb.
Onun sözlərinə görə, əslində, görüşdən əvvəlki günlərdə bu, Ukrayna nümayəndə heyətinin yerinə yetirdiyi əsas vəzifə idi və ümumuiyyətlə bunun öhdəsindən gəldiklərini düşünür.
Xatırladaq ki, üç ildən çox davam edən genişmiqyaslı müharibədən sonra Ukrayna təcili atəşkəslə bağlı ABŞ-nin irəli sürdüyü təkliflə razılaşıb. Ukrayna və ABŞ hökumətlərinin yaydığı birgə bəyanata əsasən, 30 günlük atəşkəs Rusiyanın eyni şərtlərə razılaşması fonunda qüvvəyə minəcək.
Sahil İsgəndərov
AzVision.az