Elmar Məmmədyarov Libermanla görüşdü

Elmar Məmmədyarov Libermanla görüşdü
  22 Aprel 2013    Oxunub:1314
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Aviqdor Liberman ilə görüşüb
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə. görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Regionda gedən proseslər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi barədə müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov münaqişənin ədalətli həllinə nail olunacağına əminliyini vurğulamış və beynəlxalq ictimaiyyətin status kvonun dəyişdirilməsi zəruriliyini, həmçinin, status kvonun dəyişməz qalmasının regionun inkişafına əngəl törətdiyini dərk etdiyini bildirib.

Eyni zamanda Yaxın Şərqdə gedən proseslər diqqət mərkəzində olub. Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi Yaxın Şərqdə gedən prosesləri yaxından izlədiyini qeyd edib. Azərbaycanın xarici işlər naziri ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə məlumat verib.

Aviqdor Liberman Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu qeyd edərək, bunun nəticəsində ölkəmizin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini bildirib. İsrail rəsmisi bir çox sahələrdə ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Turizm və parlamentlərarası münasibətlərin perspektivləri müzakirə edilib. Aviqdor Liberman Azərbaycanın regionun inkişafında rolunu xüsusi vurğulayıb.


Teqlər:  





Xəbər lenti