“Yaşasın cəhənnəm” – Rəcəb Tayyib Ərdoğan

“Yaşasın cəhənnəm” – Rəcəb Tayyib Ərdoğan
  26 İyul 2014    Oxunub:1034
Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan sürət qatarının istifadə verildiyi qatar stansiyasında çıxışında yenə İsraili tənqid edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir çıxışında İsraili terror dövləti adlandırıb: “Terror dövləti israil terror törətməyə davam edir. Əllərimi açıb deyirəm – zalımlar üçün yaşasın cəhənnəm”.

İsrailin Qəzzaya hücumundan danışan Ərdoğan vurğulayıb ki, bu hücumlar nəticəsində 150-dən çox uşaq, 100-ə yaxın isə qadın dünyasını dəyişib: “Biz müsəlmanıq. Amma bəlkə də mən ilk baş naziriyəm ki, anti-semitzmin bəşəri cinayət olduğunu dilə gətirmişəm. Eyni zamanda demişəm ki, qərb də islamfobiyanın bəşəri cinayət olduğunu desin. Bizim ölkəmizdə də yəhudilər var, onlara qarşı heç bir təzyiq edilmir. Çünki bizim dinimizdə belə bir şey yoxdur”.

Çıxışında yəhudilərə müraciət edən Ərdoğan bildirib ki. Onlar İsrail hökumətinə lazım olan dərsi verməlidirlər.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti