Ukraynada azərbaycanlı mer güllələnib - YENİLƏNİB
Bu barədə AzVision.az “Ukrayinskaya Pravda” qəzetinə istinadən xəbər verir.
“Babayev yaşadığı binanın qarşısında güllələnib. Ona üç dəfə atəş açılıb” –deyə, məlumatda bildirilir.
AzVision.az-ın məlumatına görə, Oleq Babayev əslən azərbaycanlıdır. Belə ki, onun atası Şəmkir rayonunda anadan olub.
Cinayətlə bağlı Ukrayna DİN-in yaydığı məlumatda bildirilir ki, faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Hazırda hadisə yerində araşdırmalara başlanılıb.
Qeyd edək ki, Oleq Babayev 2010-cu ilin noyabrından Kremençuk şəhərinin meri vəzifəsini icra edib. O, 2007 noyabr – 2010 noyabr tarixlərində Ukrayna Ali Radasının depuatı olub. Babayev “Vorskla” futbol klubunun prezidenti, “Kremen” futbol klubunun isə fəxri prezidentidir.
Eldar Tanrıverdiyev