Xarkov niyə "qadınlar şəhəri"nə çevrilib?

   Xarkov niyə "qadınlar şəhəri"nə çevrilib?
  18 Mart 2025    Oxunub:481
Xarkov “qadınlar şəhəri”nə çevrilib. Çünki kişilərin böyük qismi Ukrayna Silahlı Qüvvələrinə səfərbər olunub. Küçələrdə yalnız qadınları görmək olur.
AzVision.az xəbər verir ki, bu barədə Xarkov Hərbi-Mülki Administrasiyasının (VQA) rəhbəri Vitali Qançev jurnalistlərə müsahibəsində danışıb.

Qançev ictimai yerlərdə ancaq qadınların gözə dəyməsini müharibənin ağır nəticələrindən biri kimi qiymətləndirib.

Sibiqa: "Münaqişənin bu il bitəcəyinə ümid edirik"
"Kişilər hərbi komissarlığın işçilərindən gizlənməyə çalışırlar. Qadınlar isə təbii ki, onlara kömək edirlər... Biz dəfələrlə dediyimiz kimi Ukraynanın bütün kişi təbəqəsinin məhvi prosesinin necə getməsini müşahidə edirik", - rəsmi qeyd edib.

Qançev bundan əvvəl bildirmişdi ki, son üç ayda Rusiya silahlı qüvvələri Xarkov vilayətində 10 ərazini, ümumilikdə isə bu regionda 70-ə yaxın yaşayış məntəqəsini zəbt edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Xarkov  





Xəbər lenti