![]() |
"Əfqanıstan niyə bu gündədir" sualının cavabı: "Puştunvalay" sindromu |
Bundan başqa, mətbuata kosmetik məhsulların, eləcə də klinika və xəstəxanaların rəsmi qeydiyyatı olmayan reklamlarının dərci qadağan edilib.
Bundan əvvəl Əfqanıstan İnformasiya və Mədəniyyət Nazirliyi istənilən siyasi və iqtisadi müzakirələrin televiziyada yayımını qadağan etmişdi. AFJC-nin məlumatına görə, televiziya jurnalistləri yalnız indiki administrasiyanın nümayəndələri ilə ünsiyyətdə ola bilərlər.
Qeyd edək ki, Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ən çox müzakirə olunan mövzulardan biri də ölkədə qadınların hüquqlarının məhdudlaşdırılacağı ilə bağlı idi. Hətta xarici KİV və sosial şəbəkələrdə taliblərin gözəllik salonlarını bağlaması, divarlarda qadın fotoları ilə olan reklam lövhələrinin rəngləməsinə dair görüntülər paylaşılırdı. Sonradan bu proqnozların böyük əksəriyyəti real oldu.
Tural Tağıyev
AzVision.az