Bloomberg: “Putin Trampın qarşısında vacib şərt qoyacaq”

      Bloomberg:    “Putin Trampın qarşısında vacib şərt qoyacaq”
  18 Mart 2025    Oxunub:553
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın irəli sürdüyü atəşkəs rejimi müddətində ABŞ-nin Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edəcək.
AzVision.az xəbər verir ki, Moskvadakı mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Moskvaya səfəri zamanı Putin silah tədarükünün dayandırılmasını atəşkəs sazişinin imzalanması üçün ilkin şərt adlandırıb.

“Rusiya Ukraynaya silah tədarükünü tamamilə dayandırmaq istəsə də, onun minimum məqsədi ABŞ-nin yardımını dayandırmaqdır”, - həmin mənbələr bildirblər.

“Bloomberg” qeyd edir ki, Vladimir Putinin silah təchizatının dayandırılması yönündə uğuru müvəqqəti olacaq.

- Ukraynanın hərbi potensialını məhdudlaşdırmağa razılıq verməli olduğu sülh sazişi bağlandıqdan sonra silah tədarükü bərpa ediləcək”, - nəşrin iddiasında deyilir.

Kreml Trampla Putinin danşığının vaxtını və mövzusunu açıqlayıb
Öz növbəsində, adının açıqlanmasını istəməyən bir avropalı məmur bildirib ki, istənilən “atəşkəs” zamanı Kiyevin müttəfiqləri tərəfindən Ukraynaya silah tədarükünün qarşısını almaq barədə Rusiyanın tələbi ilə razılaşmayacaq.

Xatırladaq ki, Donald Tramp martın 17-də səhər saatlarında Putinə zəng edəcəyini və söhbət zamanı Rusiya ilə Ukrayna arasında atəşkəsi, həmçinin Zaporojye AES-ə nəzarəti müzakirə etmək istədiyini açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov günortadan sonra danışıqların martın 18-də axşam saatlarında baş tutacağını təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Putin   Tramp   şərt  





Xəbər lenti