Boris Consonun gecikmiş etirafı

“O zamanlar etməyə çalışdığım yeganə şey, görünən dəstəyi sərgiləmək və əgər barışıq istəyirsənsə, bu, sənin ixtiyarındadır reallığını vurğulamaq idi. Amma mübarizəni davam etdirmək niyyətindəsənsə, o zaman bizim dəstəyimizə arxalana bilərsən. Mən o zaman belə dedim. Ukrayna prezidenti Volodimir Zelenskinin müharibədə iştirakı davam etdirməklə düzgün hərəkət edib-etməməsi ilə bağlı insanlar müxtəlif qiymətləndirmələrə malik ola bilərlər”, - Böyük Britaniyanın sabiq XİN rəhbəri bu cavabla əslində siyasi məsuliyyəti Ukrayna hakimiyyətinin üstünə atıb.
Conson, eyni zamanda, Ukraynadakı müharibənin azad, suveren, təhlükəsiz respublikanın mövcudluğu ilə nəticələnməsi üçün “yaxşı şansın” olduğunu, lakin 2022-ci ilin aprel razılaşması ilə bunun mümkün olmayacağını iddia edib.
Sahil İsgəndərov
AzVision.az