`Putin çox sərt adamdır` - Keçmiş first lady

`Putin çox sərt adamdır` - Keçmiş first lady
  26 İyul 2014    Oxunub:1014
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Barak Obamaya bir üzr borclu olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, Vladimir Putin 2012-ci ildə “Böyük 20-lik” ölkələrinin Meksikada keçirilən sammiti çərçivəsində aparılan danışıqlara gecikdiyi üçün Barak Obamadan hələ də üzr istəməyib.

“Putin çox sərt adamdır. Özündən çox razıdır... O, özünü elə aparır ki, sanki onun kiminləsə, nəsə müzakirə etməyə ehtiyacı yoxdur. 2012-ci ildə G20 sammiti çərçivəsində Obamanın Putinlə görüşü təyin olunmuşdu. Obama Putini düz 40 dəqiqə gözləmişdi”, deyə Hilari Klinton bildirib.

Sabiq dövlət katibi bildirib ki, Putin Obamanı gözlətdiyinə görə hələ də üzr istəməyib.


Teqlər:





Xəbər lenti