Serbiyanın Baş naziri Rusiyadan kömək istəyib

O, müraciətin Serbiya Prezidenti Aleksandr Vuçiçlə razılaşdırıldığını vurğulayıb.
Vuçeviç Rusiyadan strateji tərəfdaş kimi hüquq-mühafizə orqanlarının etirazçılara qarşı səs topundan istifadə etmələri ilə bağlı ittihamlarla bağlı həqiqəti müəyyən etmək üçün ekspertlər təqdim etməyi xahiş edib.
Onun sözlərinə görə, rusiyalı mütəxəssislər hakimiyyəti öldürücü olmayan akustik silahlardan istifadə etməkdə ittiham edən müxalifətin yaydığı məlumatların qəsdən təhrif edilməsini təkzib etməyə kömək edəcək.
Serbiya rəsmisi iki ölkə arasında tarixi bağlılığı vurğulayaraq qeyd edib ki, rəsmi Belqrad öz suverenliyinə güclü zərbələrlə üzləşib və Moskvanın dəstəyi milli maraqların qorunması üçün çox vacibdir.
AzVision.az
Teqlər: