2 gündə paytaxtdan bölgələrə 27800 sərnişin daşınıb

2 gündə paytaxtdan bölgələrə 27800 sərnişin daşınıb
  21 Mart 2025    Oxunub:653
Martın 19-dan ölkənin bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
AYNA-dan AzVision.az -a xəbər verilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişin daşınıb.

Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 135 reys həyata keçirilib.

Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

AzVision.az


Teqlər: AYNA  





Xəbər lenti