Paşinyan Pezeşkiyanla sülh sazişindən danışıb

Paşinyan Pezeşkiyanla sülh sazişindən danışıb
  21 Mart 2025    Oxunub:572
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkiyan arasında telefon danışığı baş tutub.
IRNA-nın məlumatına görə, onlar ikitərəfli münasibətlərə aid məsələləri nəzərdən keçiriblər. Eyni zamanda, Qafqazda baş verən son hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Paşinyan qarşı tərəfə saziş üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. Pezeşkiyan tərəflərin sülh sazişində razılığa gəlmələrindən məmnunluğunu dilə gətirib. O diqqətə çatdırıb ki, İran qonşuları arasında sülh və sabitliyin qurulmasını həmişə alqışlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Ermənistan   Azərbaycan   sülh-sazişi  





Xəbər lenti