Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı

Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı
  21 Mart 2025    Oxunub:526
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə və Fövqəladə Hallar nazirliklərinin birgə məlumatında deyilir.

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti