Bakıda lombard işçilərini ölümlə hədələyən maskalı şəxs saxlanılıb - VİDEO

Bakıda lombard işçilərini ölümlə hədələyən maskalı şəxs saxlanılıb    - VİDEO
  22 Mart 2025    Oxunub:768
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.
AzVision.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, şəxsiyyətini gizlətmək üçün maska taxmış naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Pulu verməyəcəkləri təqdirdə orada çalışan iki qadın işçini ölümlə hədələyib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.

Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


AzVision.az


Teqlər: DİN   lombard   hücum  





Xəbər lenti