Ronaldodan daha bir rekord

Ronaldodan daha bir rekord
  24 Mart 2025    Oxunub:1217
Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldo millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb.
40 yaşlı hücumçu bunu ötən gün UEFA Millətlər Liqasının 1/4 finalında Portuqaliyanın Danimarkaya qarşı cavab matçında həyata keçirib.

Hücumçu görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib. Bu oyundan sonra K.Ronaldo karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, Portuqaliya millisində 136 dəfə fərqlənib.

Qeyd edək ki, əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
AzVision.az



Teqlər: Qol  





Xəbər lenti