Umerov: "ABŞ rəsmiləri ilə görüş konstruktiv keçdi"

   Umerov:    "ABŞ rəsmiləri ilə görüş konstruktiv keçdi"
  24 Mart 2025    Oxunub:1175
Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşü başa çatıb. Tərəflər arasında söhbət konstruktiv keçib.
Bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerov feysbuk səhifəsində məlumat verib.

"Söhbət konstruktiv və informativ keçdi - biz əsas məsələləri, xüsusən də enerji sektorunu müzakirə etdik", - deyə məlumatda bildirilir.

Umerov qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsi dövlətimiz, xalqımız və deməli, bütün Avropa üçün ləyaqətli və davamlı sülhə nail olmaqdır.

“Biz bunu reallığa çevirmək üçün çalışırıq”, - deyə nazir yekunlaşdırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti