ABŞ-Rusiya danışıqları başlayıb

ABŞ-Rusiya danışıqları başlayıb
  24 Mart 2025    Oxunub:1288
Rusiya və ABŞ nümayəndə heyətlərinin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başlayıb.
Bu barədə TASS məlumat yayıb.

Görüş "The Ritz-Carlton" mehmanxanasında keçirilir. Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən hotelin ərazisini tərk etməyi xahiş ediblər. Görüş qapalı formatda keçiriləcək.

Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda başçılıq edirlər.

ABŞ nümayəndə heyətinin tərkibinə Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik üzrə müşavir Mayk Uoltsun köməkçiləri daxildirlər.
AzVision.az



Teqlər:





Xəbər lenti