Fidan ABŞ-yə gedir

Fidan ABŞ-yə gedir
  24 Mart 2025    Oxunub:990
Martın 25-də ABŞ-ın yeni administrasiyası dövründə Türkiyədən Vaşinqtona ilk rəsmi səfər olacaq. Vaşinqtona səfər edəcək Türkiyənin xarici işlər naziri Hakan Fidan burada ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.
Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, görüşlər zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar və qarşıdakı dövrdə dövlət başçıları səviyyəsində keçiriləcək görüşlərin hazırlıqları müzakirə ediləcək. Danışıqlar zamanı, həmçinin Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmalarının hazırki vəziyyəti və Suriyadakı son hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional məsələlər, eləcə də bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndiriləcək.

Hakan Fidanın Vaşinqtonda keçirəcəyi görüşlərdə Türkiyənin regional məsələlərlə bağlı mövqeyi və gözləntiləri, Suriyaya tətbiq olunan sanksiyaların ləğvinin vacibliyi, PKK/YPG qruplaşmalarının “SDQ” adı altında fəaliyyətinin dayandırılması, eləcə də FETÖ, İŞİD və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyi, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səyləri, CAATSA sanksiyalarının qaldırılması istiqamətində işlərin başlanması və Türkiyənin F-35 proqramına qayıdış prosesinin yenidən nəzərdən keçirilməsinin vacibliyi, müdafiə sənayesi sahəsində əməkdaşlığın geosiyasi reallıqlara uyğun çərçivəyə salınmasının əhəmiyyəti və bu sahədə tədarük proseslərinin qarşısındakı maneələrin aradan qaldırılmasının vacibliyi, eləcə də bu addımların atılması ilə ticarət həcminin 100 milyard dollarlıq hədəfə çatması üçün konkret irəliləyiş əldə olunmasının mümkünlüyü kimi məsələlərin gündəmə gətirməsi gözlənilir.

Qeyd edək ki, Türkiyə-ABŞ münasibətləri 2024-cü ildə müsbət istiqamətdə irəliləyiş əldə edib və Donald Tramp administrasiyası dövründə bu dinamika davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında ən son telefon danışığı bu il martın 16-da baş tutub.
AzVision.az



Teqlər:





Xəbər lenti