Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
  24 Mart 2025    Oxunub:843
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AzVision.az -a verilən məlumata görə, bayram tədbirlərinə Vətən müharibəsi şəhidlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və müharibə iştirakçılarının övladları, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqların asudə vaxtının maraqlı və səmərəli keçirilməsi, onların sosial reabilitasiyasına dəstək göstərilməsi məqsədi daşıyan tədbirlər Bakı, Abşeron, habelə digər şəhər və rayonlarda təşkil edilib.

Konsert proqramları, əyləncəli oyunlar, viktorinalar, eləcə də təqdim edilən hədiyyələr iştirakçılara xoş təəssüratlar bəxş edib.

Novruz şənliklərində ümumilikdə həssas kateqoriyadan olan 5 minə yaxın uşaq iştirak edib.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti