Türkiyədə baş tutan etiraz aksiyalarında ümumilikdə 1418 şübhəli saxlanılıb

"2025-ci il martın 19-dan bu yana keçirilən qanunsuz aksiyalarda indiyədək 1418 şübhəli saxlanılıb. 979 şübhəli hələ də həbsdə olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq. Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə hücum etməyə cəhd edənlərə heç vaxt güzəşt olmayacaq. Prezidentimiz Ərdoğanın mərhum anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm. Təhlükəsizlik qüvvələrimiz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyur və bundan sonra da qoruyacaq”, - türkiyəli nazir qeyd edib.
AzVision.az
Teqlər: