Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə 1-ci yeri tutub

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə 1-ci yeri tutub
  26 Mart 2025    Oxunub:1187
Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”ün mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən “Golden Classical Music Awards” müsabiqəsində 1-ci yerə layiq görülüb.
AzVision.az xəbər verir ki, həmyerlimiz müsabiqənin dünyaca məşhur Karnegi zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.

Kənan Məmmədzadə vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimovun və A.Əliyevin “Rast” improvizasiyalarını ifa edib.


Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.

Müqsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.

AzVision.az


Teqlər: ABŞ   azərbaycanlı   qələbə  





Xəbər lenti