Vaşinqton Ankaranın köməyinə ehtiyac duyur

“Rubio və Fidan əsas təhlükəsizlik və ticarət məsələləri üzrə əməkdaşlığı” müzakirə ediblər. Dövlət katibi Türkiyədən Ukrayna və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib. Rubio həmçinin beynəlxalq terrorizm üçün baza və ya İranın sabitliyi pozan fəaliyyətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın zəruriliyini vurğulayıb”, - Temmi Bryus qeyd edib.
Onun sözlərinə görə, ABŞ-nin Dövlət katibi, həmçinin Türkiyədə son həbslər və etirazlarla bağlı narahatlığını diqqətə çatdırıb.
Qeyd edək ki, bu, Türkiyə diplomatiyasının rəhbərinin Donald Trampın prezident kimi fəaliyyətə başlamasından sonra Vaşinqtona ilk səfəridir.
Türkiyə XİN-dəki diplomatik mənbələrə istinadən “Anadolu” agentliyinin yazdığına görə, nazirlər Ankara və Vaşinqton arasında ikitərəfli münasibətlərdə strateji addımları, dövlət başçıları səviyyəsində qarşıdan gələn səfərlərə hazırlıqları, o cümlədən “Amerikanın düşmənlərinə Sanksiyalar vasitəsilə Qarşı Mübarizə Aktı (CAATSA)” çərçivəsində sanksiyaların ləğvi üzrə işlərin başlanmasını və Türkiyənin F-3 proqramının geri qaytarılması prosesini müzakirə edəcəklər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Fidan Rubio müzakirələr