Makron və Zelenski Parisdə görüşüblər

Makron və Zelenski Parisdə görüşüblər
  26 Mart 2025    Oxunub:1137
Fransa və Ukrayna prezidentləri Emmanuel Makronla Volodimir Zelenski Parisdə görüşüblər.
AzVision.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Qeyd olunur ki, görüş Ukraynada sülhməramlıların yerləşdirilməsinin müzakirə olunacağı sammit ərəfəsində baş tutub.

Xatırladaq ki, martın 20-də Zelenski ona zəng edən Makronla əlaqə saxlamaqdan imtina etmişdi. Ukrayna lideri fransalı həmkarına brifinqdə olduğunu izah edib və 15-20 dəqiqəyə geri zəng edəcəyinə söz verib.

AzVision.az



Teqlər:





Xəbər lenti