Rütte ABŞ hərbçilərindən danışdı: "Dəhşətli xəbərdir"

Rütte ABŞ hərbçilərindən danışdı:    "Dəhşətli xəbərdir"
  27 Mart 2025    Oxunub:1216
NATO-nun Baş katibi Mark Rutte Litvada keçirilən təlimlər zamanı 4 ABŞ hərbçisinin həlak olduğunu bildirib.
Bu barədə “Associated Press” məlumat yayıb. O vurğulayıb ki, hadisə ilə bağlı təfərrüatlar bilinmir.

Rutte əlavə edib ki, baş verənlər dəhşətli xəbərdir. Agentlik Pentaqona istinadən qeyd edir ki, planlaşdırılmış təlimlər zamanı qəza baş verib. Bundan əvvəl ABŞ-ın Avropadakı Ordu Komandanlığı Litvada amerikalı hərbçilərin daşınması üçün istifadə edilən M88 zirehli maşınının su altında aşkar edildiyini açıqlamışdı.
AzVision.az



Teqlər:





Xəbər lenti