Xəbərdarlıq: Güclü külək əsəcək

 Xəbərdarlıq:  Güclü külək əsəcək
  27 Mart 2025    Oxunub:1311
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
AzVision.az Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, martın 28-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Qobustan, Hacıqabul, Xızı, Mingəçevir, Siyəzən, Şabran, Naftalan, Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçında cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Teqlər: Hava  





Xəbər lenti