ABŞ husilərin nəzarətində olan Səna aerodromunu vurub

ABŞ husilərin nəzarətində olan Səna aerodromunu vurub
  01 Aprel 2025    Oxunub:1192
ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada “Ənsar Allah” hərəkatının nəzarəti altında olan Əd-Dailami aviabazasına bir sıra zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"ABŞ husilərin Əl-Dailami aviabazasındakı silah anbarlarına üç hava hücumu həyata keçirib", - telekanalın məlumatında deyilir.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Səna səmasında intensiv uçuşları qeydə alınıb. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti