Kursk torpaqları ingilis minaları ilə çirklənib

 Kursk torpaqları ingilis minaları ilə çirklənib
  01 Aprel 2025    Oxunub:888
Ukrayna Silahlı Qüvvələrinin (VSU) əsgərləri Rusiyanın Kursk vilayətinin Poqrebki kəndi yaxınlığında Böyük Britaniyanın köhnə piyada əleyhinə minalarını quraşdırıblar.
Bu barədə Rusiya mediası məlumat yayıb. “Bars-I” bölməsinin "Stalin" çağırış nişanlı hərbçisi jurnalistlərə açıqlamasında deyib ki, minalar kütləvi şəkildə basdırılıb. İstehkamçının sözlərinə görə, bu köhnə partlayıcıların tərkibində trinitrotoul kimi maddələr də var.

Kurskda çürüyən cəsədlər, Qərb texnikalarının görüntüləri yayıldı - VİDEO
"Bizim qarşımızda ingilislərin "L9A1" tank əleyhinə minaları var. Bu 8 ilə 8,8 kiloqram arasında olan partlayıcıdır. Trinitrotoul kimi maddələr də var",- o qeyd edib.

İstehkamçının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri rus əsgərlərinin yolların kənarları ilə mərmilər daşıya bilməmələri üçün xüsusi mina maneələri də yaradıblar. O qeyd edib ki, əsgərlər yol boyu gizlədilmiş bütün minaları çıxararaq məhv ediblər. "Stalin" onu da vurğulayıb ki, minaları asan şəkildə görmək və tapmaq olmur. Xüsusilə döyüş meydanlarında. ətrafınızda diqqəti yayındıran çoxlu şeylər varsa, minalar asanlıqla hərbçilərin diqqətindən kənarda qala bilirlər: "Amma əsgərlərimiz onları aşkar edib zərərsizləşdirə bilirlər".

Bundan əvvəl də ruslar Kurskda ərazilərin xeyli sayda minalarla çirklənməsindən gileylənmişdilər. Pilotsuz minatəmizləyən maşının operatoru “Neptun” çağırış nişanlı hərbçi deyib ki, Kursk vilayətində yerləşmiş ukraynalı hərbçilər “Lepestok” piyada əleyhinə minaları qəsdən otluqlarda gizlədirlər. Məqsəd mülki şəxslər və əsgərlərin onları tapa bilməməsidir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kursk   Mina   Rusiya  





Xəbər lenti