Kiyevə gələn Berbok Ukraynaya milyonlarla avro vəd etdi

   Kiyevə gələn Berbok Ukraynaya milyonlarla avro vəd etdi
  01 Aprel 2025    Oxunub:813
Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok Kiyevə səfər edib. Onun rəsmi səfəri əvvəlcədən elan olunmayıb. Berbok Ukraynaya 130 milyon avro ayrıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Bu, xarici işlər naziri Berbokun vəzifədə olduğu müddətdə on birinci Ukrayna səfəridir”, - nazirliyin bəyanatında deyilir.

Berbok: “Trampın qərarı Putini sevindirəcək”
Qeyd edilib ki, Almaniya rəsmisi Kiyevdə siyasətçilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirələrdə Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində atdığı addımlar da nəzərdən keçiriləcək.

Bundan əvvəl Almaniya Sosial Demokrat Partiyasının (SPD) həmsədri Lars Klinqbeyl diqqət çəkən açıqlama vermişdi. O, Ukraynadakı münaqişə kontekstində Rusiya lideri Vladimir Putinə hər hansı güzəştin mümkünlüyünü rədd edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Ukrayna   Kiyev  





Xəbər lenti