Nəşrin iddiasına əsasən, Ermənistanın baş naziri Andranik Köçəryanı və Vilen Qabrielyanı hakim partiyadan çıxaracaq.
“Partiya üzvlərinin ehtimalına görə, hakim qüvvəni gözdən salmaq üçün Vilen seçkilərdən bir gün əvvəl xüsusi olaraq Gümrüyə gedib. Qabrielyanın davranışı ilə bağlı məsələnin hakim partiyanın idarə heyətində müzakirə olunacaq”, - qəzetdə dərc edilən materialda deyilir.
Vilen Qabrielyan, öz növbəsində, Gümrüdəki qalmaqallı davranışından sonra mandatından imtina etdiyi barədə sosial şəbəkələrdə açıqlama verib.

- Bu gün mən ərizəmi müəyyən olunmuş qaydada parlamentin administrasiyasına təqdim edəcəyəm. Eyni zamanda “Vətəndaş müqaviləsi”nin idarə heyətinin üzvü vəzifəsinə namizədliyimi irəli sürəcəyəm”, - erməni deputat yazıb.
Xatırladaq ki, martın 30-da yerli seçkilər günü Vilen Qabrielyan sərxoş halda jurnalistləri təhqir edərək, onların ünvanına bir sıra nalayiq ifadələr işlədib. Ondan mandatını istefa verib-verməyəcəyini soruşduqda isə “2026-cı ildə bu və ya digər şəkildə hakimiyyət dəyişəcək, niyə indi mandatdan imtina etmək lazımdır” ifadəsini səsləndirib.
Sahil İsgəndərov
AzVision.az